“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov “Beynəlxalq Yüksək Xidmət” mükafatına layiq görülüb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər il Avropada bir klub prezidentinə verilən mükafat bu il Sadıqova təqdim olunacaq.
O, Azərbaycan futbolundakı xidmətləri və ilk dəfə olaraq bir Azərbaycan klubunun Avropa Liqasına vəsiqə qazanması qarşılığında bu mükafata layiq görülüb. Həmin mükafat Sadıqova dekabr ayının 17-də Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Beynəlxalq İdman Adamlarının Mükafatlandırma” mərasimində veriləcək.
Qeyd edək ki, mərasim Türkiyənin məşhur Lig Tv telekanalı ilə canlı yayımlanacaq.