Şamaxı və Kürdəmirdə ev yanıb
23 dekabr 2012 19:55 (UTC +04:00)

Şamaxı və Kürdəmirdə ev yanıb

0

Şamaxı rayonunun Mədrəsə kəndində fərdi yaşayış evində yanğın baş verib.

 

Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 23-də gecə saat 05:30 radələrində qeydə alınıb.

 

Mədrəsə kənd sakini, 1975-ci il təvəllüdlü Abdürrəhimov Kazım Abubəkir oğluna məxsus ümumi sahəsi 90 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 30 kvardatmetrlik hissəsi yanıb, qalan hissəsi isə alovdan mühafizə edilib.

 

 Digər hadisə isə Kürdəmirin Carlı kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Şiralıyev Məhəmməd Həsənağa oğluna məxsus ümumi sahəsi 80 kvadratmetr olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın cəlb olunub. Hadisə zamanı evin iki otağı yanıb və qalan hissəsi alovdan mühafizə edilib.

 

     Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 792

Oxşar yazılar