Samur-Abşeron kanalından meyit tapıldı
23 dekabr 2012 19:46 (UTC +04:00)

Samur-Abşeron kanalından meyit tapıldı

0

Samur-Abşeron kanalından cəsədi çıxarılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bu il  dekabrın 20-də Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisində Xanarxı kanalına “VAZ” markalı minik avtomobil düşüb.

 

Həmin vaxtdan etibarən maşının sürücüsü, 1938-ci il təvəllüdlü Mövlan Xanməmməd oğlu Əlifxanovun axtarışları başa çatıb.

 

Bu gün FHN-nin dalğıc-xilasediciləri M.Əlifxanovun cəsədi Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsindən tapılaraq sudan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1592

Oxşar yazılar