Samuxda bıçaqlanma
06 may 2018 00:08 (UTC +04:00)

Samuxda bıçaqlanma

0

Samux sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kolayır kənd sakini 1987-ci il təvəllüdlü Allahverdiyev İdris Zakir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Məlumata görə, İ. Allahverdiyev mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar