Saxta kabel istehsalının qarşıı alındı
05 iyun 2013 11:57 (UTC +04:00)

Saxta kabel istehsalının qarşıı alındı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Əlişov Ülvi Əbülfət oğluna məxsus sexdə aparılan yoxlama zamanı saxta elektrik kabel və naqillər istehsal edildiyi müəyyən olunub.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sexdə istehsal olunan elektrik kabel və naqillərin müvafiq uyğunluq sertifikatı olmadan istehsal edildiyi, markalanma məlumatlarında isə məhsulların sertifikatlaşdırılması barədə yanlış məlumatların verildiyi, eləcə də  kabel və naqillərin istehlakçılara Türkiyə istehsalı olan “İEGE kablo”, “Ümid kablo”, “STS kablo”, “İES kablo” adları altında təqdim edildiyi aşkarlanıb.

 

Bununla yanaşı, Ülvi Əlişov tərəfindən yerli təsərrüfat subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi də müəyyən olunub. Yoxlama zamanı aşkar edilmiş saxta 175 min metr elektrik kabel və naqillərin satışı dayandırılıb. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Ülvi Əlişov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

# 799
avatar

Oxşar yazılar

Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var

Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var

5 may 2024 , 20:50
Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07