Seçki bülletenini yedi
18 fevral 2013 15:43 (UTC +04:00)

Seçki bülletenini yedi

0

Ermənistanda keçirilən prezident seçkilərində qeyri-adi olay yaşanıb.

 

Lent.az-ın “kavkasia.net” saytına istinadən verdiyi məlumata görə, 2/8 saylı seçki məntəqəsində seçici səs vermək üçün bülleten alıb.

 

Daha sonra bülleteni möhürlənmiş zərfə qoyan seçici seçki qutusuna yaxınlaşıb. Ancaq o, seçki qutusuna yaxınlaşarkən “Rejimə yox!”, “Tiqran Arakelyana azadlıq!” deyərək qışqırıb, zərfdən öz bülletenini çıxararaq yeyib.

 

Olay baş verən vaxt Böyük Britaniya səfirinin müavini də seçki məntəqəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 903

Oxşar yazılar