Şəmkirdə ağır qəza: ölən var
16 fevral 2013 09:43 (UTC +04:00)

Şəmkirdə ağır qəza: ölən var

0

 

 

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax avtomobil yolunun 389-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü 1971-ci il təvəllüdlü Abdullayev Xətai Hamlet oğlu həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Abdullayevin cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

 

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1329

Oxşar yazılar