Rusiya vətəndaşında 5 ədəd ov bıçağı aşkarlandı
02 mart 2018 10:43 (UTC +04:00)

Rusiya vətəndaşında 5 ədəd ov bıçağı aşkarlandı

0

Moskva-Bakı aviareysilə gələn Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatıyla yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

 

Lent.az-ın Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıcağı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar