Sevdiyi oğlana görə özünü binadan atan qızla bağlı <span style="color:red;">YENİ XƏBƏR
12 fevral 2016 12:49 (UTC +04:00)

Sevdiyi oğlana görə özünü binadan atan qızla bağlı YENİ XƏBƏR

Dünən axşam saatlarında Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, 19 yaşlı Tamara Abbasova hadisənin baş verdiyi Ə.Əliyev küçəsi 26, mənzil 119 ünvanında daimi yaşamırmış. Həmin mənzildə onun xalası qızı qalır.

 

Bildirilir ki, T.Abbasovanın psixi vəziyyəti ilə bağlı son vaxtlar problemlər yaranıb. O daha əvvəl də bir neçə dəfə intihara cəhd edib.

 

Gənc qızın konkret hansı səbəbdən özünü binanın 4-cü mərtəbəsindən atması isə hələlik məlum deyil. Dünən ağı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən T.Abbasovanın ifadəsini almaq mümkün olmayıb. Vəziyyəti ağır olan qızın halı bu gün stabilləşib və gözlərini aça bilib.

 

Araşdırmalar davam etdirilir. 

 

 

*****

 

10:59

 

Dünən axşam saatlarında Nərimanov rayonunda özünü binanın 4-cü mərtəbəsindən atan 19 yaşlı Tamara Abbasovanın vəziyyəti ağır-stabil olaraq qalır. Lent.az-ın məlumatına görə, T.Abbasova bədəninin müxtəlif nahiyələrindəki sümüklərinin qırılması, həmçinin müxtəlif dərəcəli digər xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır qalaraq stabilləşdiyini və həyatı təhlükəsinin qaldığını bildirirlər.

 

*****

 

10:49

 

Bakıda intihara cəhd olub.

 

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb. Hadisə yerində olan şəxslər T. Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

İlkin məlumata görə, T. Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.

 

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 481
avatar

Nizam Rza

Oxşar yazılar

Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

29 aprel 2024 , 04:39
Tovuzda avtobus qadını vurub  xəstəxanalıq etdi

Tovuzda avtobus qadını vurub xəstəxanalıq etdi

28 aprel 2024 , 21:54
Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12
Sədərək rayonunda partlayış -  Ölənlər var

Sədərək rayonunda partlayış - Ölənlər var

28 aprel 2024 , 17:09
Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28 aprel 2024 , 17:01
Bakıda restoranda yanğın  -Tüstüdən zəhərlənənlər var

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var

28 aprel 2024 , 16:25