Sevinc Babayevanın meyiti ailəsinə təhvil verilib. Bu barədə APA-ya mərhumun oğlu Ayxan Məmmədov məlumat verib. Onun dediyinə görə, S. Babayeva bu gün dəfn ediləcək. A. Məmmədov anasının harada dəfn olunacağını açıqlamayıb.
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə beynəlxalq axtarışda olan Sevinc Babayeva bir neçə gün əvvəl Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında vəfat edib.
Onun meyiti bu səhər Bakıya gətirilib.