Şirin Cəfəriyə 5 il həbs cəzası istənildi
13 may 2013 16:23 (UTC +04:00)

Şirin Cəfəriyə 5 il həbs cəzası istənildi

Bu gün “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində başladılmış cinayət işi üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, bu barədə “Gündəm xəbər” qəzetinin baş redaktor Nəsimi Şərəfxanlı savash.info-ya bildirib. Onun sözlərinə görə, bu gün keçirilən məhkəmə prosesində cinayət işi üzrə dövlət ittihamçısı hakimdən Şirin Cəfərinin 5 il azadlıqdan məhrum etmə cəzası istəyib.


Məhkəmə prosesində müdafiə tərəfinin təqdim etdiyi vəsatətlər isə hakim tərəfindən rədd edilib.

# 463
avatar

Oxşar yazılar