Sumqayıtda avtobus qaçırıldı
08 sentyabr 2017 12:08 (UTC +04:00)

Sumqayıtda avtobus qaçırıldı

0

Dünən Sumqayıt şəhərində avtobus qaçırılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhər ərazisindən şəhər sakini Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb. Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib. ŞPİ DYPŞ və PPXT-nin əməkdaşları tərəfindən avtobusa “saxla” işrəsi verilib, lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib.

 

Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb və sürücü-şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü PB-yə təhvil verilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar