APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar xəttinə Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olması haqqında məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
İlkin məlumata görə, binanın 2000 kv.m sahədə dam örtüyü yanıb.
Yanğına 2-ci təhlükəlilik dərəcəsi təyin edilib.
Hazırda yanğın məhdudlaşdırılıb, söndürülmə işləri davam etdirilir.
Nazirlik hadisə ilə bağlı əlavə məlumat verəcək.
***
21.19
Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib.
APA-nın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, yanğın Sumqayıt şəhəri Sülh küçəsi 58/11 ünvanında yerləşən beşmərtəbəli binada başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım maşınları cəlb edilib. Artıq bir nəfər xəsarət almış şəxs xəstəxanaya aparılıb.
Yanğının qarşısını almaq üçün tədbirlər görülür.