Tərtərdə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tərtər rayonu, Xoruzlu kəndində ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində yerləşən 1 otağının, mətbəxinin və hamamın yanar konstruksiyaları 150 m2 sahədə yanıb.
Binanın qalan hissəsi və bitişik sex, talvar yanğından mühafizə olunub. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.