Tovuzda maşın piyadanı vurub qaçdı
09 aprel 2018 22:32 (UTC +04:00)

Tovuzda maşın piyadanı vurub qaçdı

0

Tovuzda piyada naməlum avtomobil tərəfindən vurulub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cirdaxan kəndində qeydə alınıb.

 

Kənd sakini, 2000-ci il təvəllüdlü Rəhimov İsmayıl Ramiz oğlu markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub.

 

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.  Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar