VAZ aşdı, 2 nəfər xəstəxanalıq oldu
08 iyul 2017 21:23 (UTC +04:00)

VAZ aşdı, 2 nəfər xəstəxanalıq oldu

0

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Poylu qəsəbəsinə gedən yolda baş verib. Stansiya Poylu qəsəbə sakini 1989-cu il təvəllüdlü Nemətəliyev Anar Yusif oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və sərnişin  Stansiya Poylu qəsəbə sakini 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar