Vəhşi heyvanlar yaşayış massivinə hücum etdi
20 dekabr 2017 20:51 (UTC +04:00)

Vəhşi heyvanlar yaşayış massivinə hücum etdi

0

Vəhşi heyvanlar  Zərdab rayonunun “32 hektar” adlanan yaşayış massivinə  hücum edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib.

 

 Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar