Xaçmaz rayonunda ev yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Seyidli kəndində vətəndaşa məxsus ümumi sahəsi 77 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.