Xaçmazda tapılan heyvan qalıqları ilə bağlı polis də araşdırmaya başladı
14 yanvar 2014 13:19 (UTC +04:00)

Xaçmazda tapılan heyvan qalıqları ilə bağlı polis də araşdırmaya başladı

0

Xaçmazda meşə massivində aşkar edilən heyvan cəsədləri ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırmalara başlanıb.


 

Bu barədə APA-ya Xaçmaz RPŞ-nin rəis müavini Valik Vəlimətov məlumat verib. Onun sözlərinə görə, artıq həmin əraziyə polis əməkdaşları baxış keçirib. Heyvan cəsədlərinin meşə massivinə atanların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb.

 

Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1325

Oxşar yazılar