İyunun 4-də Xəzərdə batan 21 yaşlı oğlanın cəsədi tapılıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Sabunçu rayonunda dənizdə batmış 1996-cı il təvəllüdlü Orxan Eldar oğlu Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.