Xızıda avtomobil 2 nəfəri vurub öldürdü
19 dekabr 2012 12:21 (UTC +04:00)

Xızıda avtomobil 2 nəfəri vurub öldürdü

0

Dekabrın 18-də saat 19.50 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Sakit Mustafayev "Chevrolet" markalı avtomaşını idarə edərkən yolu keçən qəsəbə sakinləri Arif Seyidov və Səmayə Abbasovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1108

Oxşar yazılar