Xocalı həqiqətləri TRT kanallarında
25 fevral 2013 14:32 (UTC +04:00)

Xocalı həqiqətləri TRT kanallarında

0

Türkiyənin ən böyük televiziya kanalı olan TRT Xocalı qətliamını bütün TRT kanalları vasitəsi ilə Türk və Ərəb dünyasına çatdıracaq. Lent.az-ın məlumatına görə, TRT 4 gündür hazırladığı xəbər və proqramlarla TRT1, TRT Haber, TRT Türk, TRT Avaz və TRT Ərəbcə  kanalları vasitəsi ilə Xocalı həqiqətlərindən bəhs edir. Kanalların xəbər buraxılışlarında və özəl proqramlarda Xocalı həqiqətləri işıqlandırılır. Dünən TRT Ərəbcə kanalında TRT müxbiri Rufiz Hafizoğlu tərəfindən Xocalı soyqırımının gerçək üzü nümayiş olunub.

 

TRT Bakı  təmsilçisi Yüksel Deyercan Lent.az-a açıqlamasında qeyd edib ki, fevralın 26-da TRT 5 kanalında Xocalını anma proqramları yayımlanacaq. TRT Bakı Təmsilçiliyi tərəfindən hazırlanan ‘’Xəyallarım vardı” və “Xocalı Yaşayır’’ adlı 2 sənədli film də TRT kanallarında yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 881

Oxşar yazılar