Yeniyetmə velosipedçini maşın vurdu
05 sentyabr 2017 20:20 (UTC +04:00)

Yeniyetmə velosipedçini maşın vurdu

0

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

 

Velosipedlə hərəkət edən 12 yaşlı Daşdəmirov Orxan Fəxri oğlunu "VAZ 2106" markalı maşın vurub. Xəstəxanaya yerləşdirilən azyaşlıya başın, əlin və dizinin sıyrıntıları diaqnozu qoyulub.

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar