Yevlaxda sərxoş sürücü polisləri vurdu
24 dekabr 2012 13:40 (UTC +04:00)

Yevlaxda sərxoş sürücü polisləri vurdu

0

Dekabrın 23-də saat 20.15 radələrində Yevlax rayonu ərazisində polislər vəzifələrini yerinə yetirirkən xəsarət alıblar. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bəxtiyar Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub naməlum şəxs bıçaqla ona daxilə nüfuz etməyən xəsarətlər yetirib. Daha sonra naməlum şəxs sürücünü düşürüb və avtomobili onun əlindən alaraq gedib. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılarkən, sürücüsü bıçaqla polis əməkdaşları Müslüm Məmmədovu və Anar Əliyevi hədələyib və təpiklə onlara xəsarət yetirib. Polis əməkdaşları sürücünün əlindən bıçağı alaraq onu saxlayıblar. Araşdırmalar zamanı onun rayon sakini sərxoş halda olan Taleh Ağayev olması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1218

Oxşar yazılar