Yol qəzasında yaralanan şəxslər öldü
30 oktyabr 2017 12:35 (UTC +04:00)

Yol qəzasında yaralanan şəxslər öldü

0

Azərbaycanda yol qəzasında xəsarət alan 2 nəfər xəstəxanada vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 23-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisində rayon sakini İlham Ağayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini Pənah Hüseynovu vurub. P.Hüseynov oktyabrın 28-də evində ölüb.

 

Bundan başqa oktyabrın 27-də saat 17 radələrində Gəncə şəhəri ərazisində şəhər sakinləri Emil Hüseynovun, Rəşad Allahverdiyevin idarə etdikləri 2 “Mercedes” və Vidadi Hümbətovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə V.Hümbətov və sərnişini, oğlu Ümid xəstəxanaya yerləşdiriliblər. Ümid oktyabrın 28-də orada ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar