İki qəzada iki piyada öldü
16 sentyabr 2014 13:13 (UTC +04:00)

İki qəzada iki piyada öldü

Yevlaxda yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, rayon sakini Hüseyn Nadirov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Pakizə Heydərovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada ölüb

 

Buna oxşar hadisə Şəki rayon ərazisində qeydə alınıb. Aşağı Göynük kəndində Zaqatala rayon sakini Elməddin Qocayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Faiq Tahirovu vurmuşdur. Piyada hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı araşdırma başlanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar