Zaqatala rayonu, Muğanlı kəndində vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobilinin yanar konstruksiyaları və banında olan 1.8 ton ot bağlaması yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.