Zaqatalada yanğın hadisəsi qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yanğın rayonun Əliabad qəsəbə sakini İsmayılov Nizaməddinin yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 140 kv/m olan mal tövləsində baş verib.
Hadisə yerinə FHN-nin nin Zaqatala YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Baş vermiş yanğın nəticəsində tövlənin çardaq hissəsinin yanar konstruksiyalı yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Fakla bağlı FHN-nin Zaqatala YMH-də araşdırma aparılır