Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - YENİLƏNİB
04 noyabr 2026 00:22 (UTC +04:00)

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - YENİLƏNİB

0

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat verib.

Xatırladaq ki, Mələk İmanova noyabrın 2-də saat 19:30 radələrində Xırdalan şəhərində yerləşən Kristal-1 yaşayış kompleksindən itkin düşmüşdü.

***

23:16

Xırdalanda bir qolu olmayan qız itkin düşüb. 

Lent.az xəbər verir ki, 12 yaşlı qız "Kristal Abşeron" yaşayış binasındakı evdən çörək almaq üçün çıxıb və bir daha geri qayıtmayıb. 

Yeniyetmə qızın əlil olduğu bildirilir. 

Daxili İşlər Nzirliyi mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin qız barəsində axtarış elan olunub. 

Polisin itkin düşmüş kimi axtarışa verdiyi həmin şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1114

Oxşar yazılar