450 milyon dollarlıq əsərin  müəllifi   Da Vinçi deyilmiş -  ŞOK İDDİA
03 noyabr 2026 17:58 (UTC +04:00)

450 milyon dollarlıq əsərin müəllifi Da Vinçi deyilmiş - ŞOK İDDİA

0

Dünyanın hərracda satılmış ən bahalı rəsm əsəri hesab olunan Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (“Salvator Mundi”) tablosunun müəllifliyi yenidən mübahisə mövzusuna çevrilib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyada hazırlanmış “Luminari” adlı süni intellekt sistemi rəsm əsərini təhlil edərək onun Leonardo da Vinçinin şagirdi Covanni Antonio Boltraffio tərəfindən çəkilmiş ola biləcəyi qənaətinə gəlib.

Sistem tablonun Boltraffioya məxsus olması ehtimalını 81 faiz qiymətləndirib. Lakin süni intellektin bu nəticəyə hansı meyarlar əsasında gəldiyi açıqlanmayıb. Əgər iddia təsdiqlənərsə, əsərin bazar dəyərinin ona ödənilən 450 milyon dollardan xeyli aşağı, hətta həmin məbləğin yüzdə biri qədər ola biləcəyi irəli sürülür.

Bununla belə, sənətşünaslar süni intellektin nəticələrinə ehtiyatla yanaşırlar. Onların fikrincə, belə təhlillər müəllifliyin müəyyənləşdirilməsində köməkçi vasitə ola bilər, lakin qəti sübut hesab edilə bilməz. Leonardo da Vinçinin yaradıcılığı üzrə mütəxəssis, professor Frank Tsöllner bildirib ki, süni intellektin təhlili faydalı məlumatlar təqdim etsə də, əsərin müəllifliyi ətrafındakı mübahisələrə birdəfəlik son qoya bilməz.

Qeyd edək ki, 2017-ci ildə “Christie's” hərracında rekord məbləğə – 450 milyon dollara satılan tablonun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məxsus olduğu bildirilir. Əsər həmin vaxtdan bəri ictimaiyyətə nümayiş etdirilməyib. Məşhur tablonun gələcəkdə Ər-Riyadda yaradılması planlaşdırılan Dünya Mədəniyyətləri Muzeyində sərgilənməsi nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar