Xızıda mağaza qarət olundu -  FOTO
28 yanvar 2021 15:38 (UTC +04:00)

Xızıda mağaza qarət olundu - FOTO

Xızıda mağazadan oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İ.Camalov barəsində Xızı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

# 1206
avatar

Mehman Nəbiyev

Oxşar yazılar