Yardımlıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Urakəran kəndində baş verib.
Kənd sakini Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı traktoru qoşqu ilə birlikdə aşırıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.