Yasamal və Nərimanov rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 ədəd monitor və məişət əşyaları oğurlanıb.
Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E.Mikayılov müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da saxlanılıb.
Araşdırmalar aparılır.