Yeddinci  mərtəbədən yıxılan qız sağ qaldı
09 may 2025 16:04 (UTC +04:00)

Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı

Rusiyanın Xanti-Mansiski vilayətində 11 yaşlı qız çoxmərtəbəli binanın pəncərəsindən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nefteyuqansk şəhərinin 14-cü mikrorayonunda baş verib. Məktəbli qız çoxmərtəbəli binalardan birinin yeddinci mərtəbəsinin pəncərəsindən yıxılıb. Hadisənin hansı şəraitdə baş verdiyi göstərilmir.

Uşaq sağ qalıb, lakin ağır yaralanıb. Dərhal hadisə yerinə gələn təcili tibbi yardım briqadası tibbi yardım göstərib və zərərçəkmişi xəstəxanaya çatdırıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar