Rusiyanın Yekaterinburq şəhərində balıq emalı zavodunda çalışan onlarla xarici vətəndaşın miqrasiya qaydalarına əməl etmədiyi üzə çıxıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, saxlanılan işçilərin sayı 80 nəfəri keçib. Onlardan 50-si Rusiyadan deportasiya edilib, qalanları barəsində isə protokollar tərtib olunub.
Məlumata əsasən, polis hazırda müəssisənin rəhbərliyini axtarır.
