Yevlaxda bir ailənin 5 üzvü  qazdan zəhərləndi, ölən var - ADLAR
22 yanvar 2026 10:21 (UTC +04:00)

Yevlaxda bir ailənin 5 üzvü qazdan zəhərləndi, ölən var - ADLAR

0

Yevlaxda dəm qazından zəhərlənən digər ailə üzvlərinin adları bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar 39 yaşlı Pənahi və 44 yaşlı Mahir İsmayılovlar, həmçinin 21 yaşlı İsmayıl və 19 yaşlı Gülnaz İsmayılzadələrdir.

Zəhərlənənlər Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***
09:56

Yevlaxda 5 nəfər dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Zəhərlənənlərdən biri - 67 yaşlı Məhəmməd İsmayılov dünyasını dəyişib. Digər 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar