Yevlaxda "Mercedes" motobloka çırpıldı, sərnişin öldü
30 iyun 2025 09:32 (UTC +04:00)

Yevlaxda "Mercedes" motobloka çırpıldı, sərnişin öldü

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayonu Havarlı kəndinin ərazisindən keçən 8-ci km-də qeydə alınıb.

74 yaşlı Səfərov Arzuman Süleyman oğlu səhər saat  5 radələrində idarə etdiyi “Mersedes Benz 250” minik markalı avtomobillə eyni istiqamətdə olan 70 yaşlı Kazımov Hacıbala Ədil oğlunun idarə etdiyi “Ural” markalı motobloku arxa hissəsindən vurub.

Nəticədə motoblokun sərnişini 66 yaşlı müxtəlif dərəcəli xəsarətlər alan Kazımova Fəxriyyə Aslan qızı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar