Yol polisini görən sürücü namaza başladı,  cərimələndi - ŞOK VİDEO
07 iyul 2025 18:05 (UTC +04:00)

Yol polisini görən sürücü namaza başladı, cərimələndi - ŞOK VİDEO

Türkiyədə motosiklet sürücülərinə qarşı keçirilən reyd zamanı gözlənilməz hadisə yaşanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Nevşehirdə yol polisi müxtəlif yerlərdə motosiklet sürücülərinə qarşı reyd keçirib. Yol polislərini görən Suriya əsilli 29 yaşlı sürücü Fəyyaz Alabed dərhal namaz qılmağa başlayıb.

Polis onun namazı bitirməsini gözləyib. Namazı bitən kimi ona yol hərəkəti qaydalarını pozduğu üçün 23 min 11 lirə cərimə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar