Yollardakı dəmir barmaqlıqları oğurlayan tutuldu
12 oktyabr 2021 17:00 (UTC +04:00)

Yollardakı dəmir barmaqlıqları oğurlayan tutuldu

Bakıda dövlət qurumlarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə. narkotik maddə ilə tutulmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Talıbovun ətrafında Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Nəticədə onun sentyabrın 7-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus 23 ədəd yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlığı, oktyabrın 9-da isə “Müdafiə Sənayesi Nazirliyinin İqlim Elmi İstehsalat Müəssisəsi” MMC-yə məxsus yeməkxanadan 2400 manat dəyərində 15 ədəd pəncərəni oğurlaması da müəyyən edilib.

# 1038
avatar

Mehman Nəbiyev

Oxşar yazılar