Zamirə Hacıyevanın bu mülkləri satışa çıxarıldı
06 mart 2025 21:58 (UTC +04:00)

Zamirə Hacıyevanın bu mülkləri satışa çıxarıldı

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur. Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.

Bildirilib ki, payızda aktivləri satmaq üçün London Ali Məhkəməsi tərəfindən qəyyum təyin edilib və satış üçün onlayn reklamlar fevralın sonundan etibarən yayımlanmağa başlayıb.

1990-cı illərin əvvəllərində hazırlanan Qolf klubu bazarda 4,75 milyon funt-sterlinqədir:

Naytsbrik “Walton Street”də yerləşən dəbdəbəli ev isə 14,75 funt-sterlinqə satışa qoyulub. Malikanə Harrodsdan beş dəqiqəlik məsafədədir:

Qeyd edək ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) keçən il sözügedən qolf klubu və evin fırıldaqçılıq, mənimsəmə, saxta qeydiyyat, habelə, çirkli pulların yuyulması yolu ilə əldə edildiyini açıqlamışdı.

2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci ilin martına qədər ABB-nin idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. O, 2019-cu ildə ABB-nin Moskva filialından oğurluğa görə də məhkum edilib və hazırda Bakıda 16 il 6 ay müddətinə həbs cəzası çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1624

Oxşar yazılar

Azyaşlı qardaşlar göldə BOĞULDU

Azyaşlı qardaşlar göldə BOĞULDU

2 may 2025 , 16:05
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

2 may 2025 , 15:37
Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

2 may 2025 , 14:55
Sumqayıtda külək hasarı maşının üstünə aşırdı, sürücü öldü

Sumqayıtda külək hasarı maşının üstünə aşırdı, sürücü öldü

2 may 2025 , 14:25
Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28