İndoneziyada bir qadının işdən evə qayıdan həyat yoldaşını sevgi ilə qarşılaması sosial mediada geniş müzakirələrə yol açıb. Qadın, həyat yoldaşının gün ərzində göstərdiyi zəhmətə duyduğu minnətdarlığı və onun sağ-salamat evə qayıtmasının sevincini emosional şəkildə ifadə edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kadrlarda qadının ərini öpüşlərə boğaraq qarşıladığı anlar yer alıb. Qısa zamanda gündəm olan görüntülər istifadəçilərin diqqətini cəlb edib və müxtəlif reaksiyalara səbəb olub. Bir qrup bu davranışı səmimi sevgi və hörmət nümunəsi kimi qiymətləndirərək “Çox gözəl sevgi göstəricisidir” kimi rəylər yazıb.
Digər tərəfdən, bəzi istifadəçilər isə bu davranışı şişirdilmiş hesab edərək tənqidi fikirlər səsləndirib. Onlar “Bu nədir belə, sanki müharibədən qayıdıb” kimi ifadələrlə münasibətlərini bildiriblər.