Sumqayıtda gənc qızı maşınına dəvət edən  sürücü cəzalandırıldı
07 may 2026 18:12 (UTC +04:00)

Sumqayıtda gənc qızı maşınına dəvət edən sürücü cəzalandırıldı

0

Sumqayıtda gənc qızı maşına mindirməyə çalışan kişi məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, hadisə Saray yolunda, daş bazarı adlanan ərazidə qeydə alınıb.

50 yaşlı Məzahir Fərhadov (ad və soyad şərtidir) axşam saat 21 radələrində özünə məxsus “Changan” markalı avtomobillə Saray qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol kənarında bir qadının dayandığını görüb. O, yağışlı havada pəncərəni endirərək qadını avtomobilə dəvət edib. Qadın isə “çox sağ olun” deyərək imtina edib. Buna baxmayaraq Məzahir təkid edib. Qadının sözlərinə görə, əlacsız qalıb həyat yoldaşına zəng edib ki, Məzahir onun telefonla danışdığını görüb əl çəksin. Lakin bu da əhəmiyyətsiz olub. Qadın yalnız avtobusa mindikdən sonra Məzahir oradan uzaqlaşıb.

Bu əməlinə görə, M. Fərhadov zərərçəkənin şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Fərhadov bildirib ki, həmin əraziyə başqa bir qadından sənəd götürməyə gedib. Onun sözlərinə görə, danışdığı qadın da yolun kənarında dayandığı üçün onu zərərçəkənlə səhv salıb. Məzahir Fərhadov dəfələrlə həmin qadından və ərindən üzr istədiyini bildirib. O, əminliklə qeyd edib ki, qadını maşına mindirmək və tanış olmaq niyyəti olmayıb.

Məhkəmə araşdırması zamanı Məzahirin xırda xuliqanlıq etməsi tam sübuta yetirilib. Qeyd olunub ki, onun məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur.

Məhkəmənin qərarı ilə M. Fərhadov 100 manat məbləğində inzibati qaydada cərimələnib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar