Zaqatalada maşın vuran məktəbli  öldü - YENİLƏNİB
26 iyun 2024 20:00 (UTC +04:00)

Zaqatalada maşın vuran məktəbli öldü - YENİLƏNİB

Zaqatalada 3 gün əvvəl minik avtomobilinin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb. 

Lent.az-ın məlumatına görə, 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib. 

***

23 iyun, saat 08:39

Zaqatalada 14 yaşlı oğlanı maşın vurub.

Lent.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib.

2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib.

Ü. Alxasovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 14 yaşlı Əkbər Ülvi oğlu Alxasov məktəbli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28284
avatar

Oxşar yazılar