Zaqatalada 36 yaşlı kişi itkin düşüb.
Lent.az xəbər verir ki, Paşan kənd sakini, 1990-cı il təvəllüdlü Zaurbek Şaban oğlu Məmmədov bu gün səhər Zaqatala şəhəri ərazisində itkin düşüb.
Onun əqli qüsurlu olduğu, danışa bilmədiyi deyilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxsin tapılması istiqamətində tədbirlər görülür.