Uqandalı "Arsenal" azarkeşi Erik "Bornmut"la oyundan sonra klubu məhkəməyə verməyi planlaşdırır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, artıq Mikel Arteta və oyunçuları qeyri-peşəkarlıqda, taktiki səriştəsizlikdə və azarkeşlərə emosional zərər vurmaqda ittiham edərək rəsmi şikayət ərizəsi təqdim edib:
"O qədər pis oynayırsınız ki, sizi məhkəməyə verməyə hazıram".

Hüquqi şikayət kimi təqdim edilən sənəddə həmçinin “Arsenal” səhlənkarlıqda, taktiki uyğunsuzluqda və "emosional və maliyyə stressində" ittiham olunur.