Zaqatalada ikimərtəbəli evdə yanğın oldu
04 fevral 2023 17:00 (UTC +04:00)

Zaqatalada ikimərtəbəli evdə yanğın oldu

Zaqatalada evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində hamam otağının lambirdən ibarət tavanı 9 m² sahədə yanıb, yüksək temperaturdan plastikdən ibarət qapısı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1608
avatar

Oxşar yazılar