Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
13 may 2025 17:37 (UTC +04:00)

Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq

Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə mayın 13-də saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılır. D. Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məlumata görə, həmçinin Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki orta təzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən mayın 14-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsində və Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar