Zaqatalada məktəbli qızlar arasında DAVA
29 mart 2023 16:00 (UTC +04:00)

Zaqatalada məktəbli qızlar arasında DAVA

Azərbaycanda məktəbli qızlar arasında dava olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala şəhərində qeydə alınıb. 

Rayon ərazisində yerləşən internat məktəbin qız şagirdləri arasında düşən davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 
Dava edən qızlar 8 və 9-cu siniflərin şagirdləri olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a açıqlamasında bildirib ki, bir neçə şagird arasında mübahisə düşüb:

“Polis əməkdaşları həmin yeniyetmələrlə profilaktiki söhbət aparıb”.

# 20565
avatar

Oxşar yazılar