Zaqataladan gizli yolla qaçmaq istəyən ƏRƏB TUTULDU
14 may 2025 11:14 (UTC +04:00)

Zaqataladan gizli yolla qaçmaq istəyən ƏRƏB TUTULDU

Azərbaycanda 2 nəfər sərhəd pozucusu saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 7-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı 39 yaşlı Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı 35 yaşlı Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4236

Oxşar yazılar