Zəlzələ zamanı yardımlar edən Hacı Allahverdi Ağayev  öldü
29 iyun 2025 12:47 (UTC +04:00)

Zəlzələ zamanı yardımlar edən Hacı Allahverdi Ağayev öldü

Masallı rayonunun Viləş kənd məscidində imam müavini kimi uzun illər fəaliyyət göstərən, xeyirxah əməlləri ilə tanınan Hacı Allahverdi Ataş oğlu Ağayev bu gün 65 yaşında dünyasını dəyişib.

O, bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Hacı Allahverdi Ağayev yalnız dini sahədə deyil, ictimai və humanitar fəaliyyətlərdə də fəallığı ilə seçilirdi. Xüsusilə, Türkiyədə baş vermiş güclü zəlzələdən sonra yardım işlərinə göstərdiyi diqqət və təşəbbüs, onun adını bu sahədə yadda qalan simalara çevirib.

Zəlzələ zamanı o, Viləş kəndində yardım kampaniyasına rəhbərlik etmiş, kənd sakinlərini könüllü şəkildə bir araya gətirmişdi. Toplanan yardımların böyük hissəsi məhz onun şəxsi təşəbbüsü və təşkili ilə mümkün olmuşdu. Yardım ləvazimatlarını birbaşa aidiyyəti məntəqələrə çatdıraraq həmrəylik nümunəsi sərgilənmişdi./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar